Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çində kibercinayətkarlıq artıb

Çində siyasi casusluqla yanaşı, ölkə hökumətindən asılı olmayan kibercinayətkarlıq dünyası təşəkkül tapmaqdadır.  Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumat  “Trend Micro” şirkətinin “The Chinese Underground in 2013” hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, 2012-2013-ci illərdə Çində kibercinayətkarlığın fəallığı 2-3 dəfə artıb. “Trend Micro”nun kibertəhlükəsizlik üzrə direktoru Tom Kellermanın sözlərinə görə, Çin hakerlərinin qurbanı təkcə digər ölkələrin istifadəçiləri deyil, həm də ölkənin maliyyə elitasının nümayəndələri olur.

Çin hakerləri əsasən mobil qurğular və servislərə hücum edir və onların qurbanları arasında “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri üstünlük təşkil edir. Bundan başqa, kibercinayətkarlar arasında ucuz xidmət olan (5 min mətnli məlumat üçün 50 dollar və ya 100 min SMS üçün 460 dollar) SMS “spam”ın göndərilməsi xüsusilə populyardır.

Çin hakerləri tərəfindən istifadəçilərin arzuolunmaz ödənişli servislərə abunə üçün göstərilən xidmətin illik haqqı 2,5-36 min dollar təşkil edir. Həmçinin cinayətkarlar yaxınlıqdakı telefonları stansiyalardan ayıraraq onların nəzarətində olan SMS serverlərə birləşdirən proqram təminatının 7,4 min dollara satılması ilə məşğul olurlar

Simsar.az







6 Sentyabr, 2014  16:06 Baxılıb: 1206 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner