Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bəzi dərslər teatrlarda keçirilə bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurumun Himayəçilər Şurasının üzvü, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovla əməkdaşların görüş-treninqi keçirilib.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildirblər ki, görüşdə A.Nemətov Bilik Fondunun yaradılmasının Azərbaycan üçün önəmli hadisə olduğunu qeyd edib. O deyib: “Prezident İlham Əliyev belə bir fondun yaradılması ilə çox böyük və gərəkli addım atdı. Bilik Fondunun fəaliyyətində akademik Kamal Abdullanın da böyük rolu var. Bacarıqlı insanların bir arada olması cəmiyyətimizin bilik qazanmasına təkandır”.

Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafından danışan A.Nemətov gənclərin teatra marağının artırılması üçün Bilik Fondunun görəcəyi işlərə ehtiyac olduğu vurğulayıb.

A.Nemətov görüşdə bəzi təkliflər də irəli sürüb. Rejissor deyib ki, keçmişimizi gələcəyə təqdim etmək, dahi şair və yazıçılarımızın, elm və incəsənət xadimlərinin həyat və yaradıcılığını əks etdirən saytlar yaratmaq yaxşı olar.

Görüşdə Fondun icraçı direktoru Oqtay Səmədov da maraqlı təkliflə çıxış edib: “İstərdik ki, tələbə və şagirdlərin teatrlarla əlaqəsini daha da möhkəmləndirək. Bakı Slavyan Universitetinin belə bir təcrübəsi var: “Auditoriya +” layihəsi çərçivəsində tələbələrin ədəbiyyat üzrə məşğələləri teatr tamaşalarını izləməklə keçib. Bu təcrübəni genişləndirməyə dəyər. Bəzi dərslər birbaşa teatrda keçirilsin. Tələbə və şagirdlər dərsin mövzusuna aid tamaşaya baxsınlar və sonra aktyorlarla müzakirələr aparılsın”.

A.Nemətov irəli sürülən təklifi bəyəndiyini, bununla bağlı lazımi köməyi edəcəyini bildirib və Bilik Fondunun əməkdaşlarını Teatr Xadimləri İttifaqının yeni açılacaq tamaşa zalında premyeraya dəvət edib.






6 Sentyabr, 2014  15:02 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner