Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Oazis”də baş verənlərdə təqsirkar olanlar saxlanılıb

“Oazis” restoranında baş verənlərlə bağlı Binəqədi rayon Polis İdarəsi hadisə yerinə baxış keçirərək maddi subutlar götürüb. Çoxsaylı şahidlər dindirilərək, müvafiq ekspertizalar təyin olunub.

İnsidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.

Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının tapılması üçün zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, sentyabrin 2-də saat 02 radələrində Binəqədi rayonunda fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri  arasında yaranan münaqişə zamanı Zaur Əsgərov və digər şəxslər bədən xəsarətləri almışdı. Fakta görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən  törədildikdə) və  221.3-cü (xuliqanlıq,  silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə cinayət işi başlanmışdır.

Ülviyyə

 

 






6 Sentyabr, 2014  14:04 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner