Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Meqapolis” sərgisi açıldı

Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan “Meqapolis” sərgisi açılıb.

Simsar.az xəbər verir ki, Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov, Əməkdar Rəssam Səbinə Şıxlinskaya, sərginin kuratoru Fərid Məmmədzadə layihə haqqında məlumat verdilər.

Bildirildi ki, bu layihə müasirliyin yaralı yerlərindən birinə – müasir şəhər meqapolislə insan arasındakı travmatik münasibət mövzusuna toxunur.

Sərgidə müasir Azərbaycan rəssamlarından Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur. Sərgi məkanının təşkil olunmasına məxsusi yanaşma bəşəriyyətin depressiyaya və şəhər motivlərinin ərsəyə gətirdiyi yalançı çarəsizliyə meydan oxuması prosesində hər iki rəssamı birləşdirir. Layihənin əsasında insan ruhunun meqapolisin urbanistik mühiti ilə qarşılıqlı əlaqəsi problemi dayanır.

Adları yuxarıda qeyd olunan müəlliflərin əsərləri həmin problemin iki aspektdə - makro və mikro səviyyədə qavranılmasını əks etdirir. Həmçinin, “Meqapolis” layihəsi həmin fikrin, pəncərənin o tərəfində baş verən və göylərə ucalan nəhəng şüşəli göydələnlərin daxilində formalaşan, bəşər əhlinin şüurunda və ruhunda əks olunan peşəkar və ictimai dərkini əhatə edir.

Fərdi Məmmədzadənin kuratorluq ideyası 2013-cü ilin mart ayında qeyri-kommersiya təşkilatı olan “YARAT” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Əməkdar Rəssam Səbinə Şıxlinskayanın “Müasir incəsənətdə kurator və mediator təcrübələri” mövzusunda ustad dərsi nəticəsində yaranıb.

Ustad dərsinin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülüb. Bu ideyalar 2014-cü il ərzində muzeydə tətbiq olunur.

“Meqapolis” sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilən əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.

Layihədə gənc müəllif Ayxan Xəlilov da iştirak edib. O, rəssamlar Məmməd Mustafayev və Niyaz Nəcəfov ilə film-müsahibəni təqdim edib.

Sərgi sentyabrın 22-də yekun vurulacaq.

Günel






6 Sentyabr, 2014  12:25 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner