Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda 32 dərəcə isti olacaq

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Simsar.az-a açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan və Buzovnada 25-26 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 7-də əsasən hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.






6 Sentyabr, 2014  11:59 Baxılıb: 723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner