Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Cəmi 4 nəfər həbs olunub

İstintaq qurupunun rəhbəri açıqlama yayıb

Hafiz Heydərov – APA. 2 aprel aksiyası ilə bağlı məlum 4 nəfərdən əlavə heç kimə ittiham irəli sürülməyib.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.

F. Həsənəliyev aprelin 2-də baş vermiş hadisələrlə bağlı digər şəxslərə qarşı da cinayət işinin başlanması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib: “Məlum hadisələrlə bağlı dörd nəfərə qarşı ittiham irəli sürülüb. Hələlik başqa şəxslərin məsuliyyətə cəlb edilməsi barədə məlumat yoxdur”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 2 aprel aksiyası ilə bağlı AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.






6 Aprel, 2011  16:46 Baxılıb: 1268 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner