Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sərhəd-buraxılış məntəqələrinə elektron məlumat yerləşdirilir

Naxçıvan Muxtar Respublikasındakı sərhəd-buraxılış məntəqələrində elektron məlumat köşkləri yerləşdirilir.

Simsar.az xəbər verir ki, miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin müxtəlif istiqamətlərdə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Culfa, Şahtaxtı və Sədərək sərhəd-buraxılış məntəqələrindəki miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilib.

Köşklərdə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yerləşdirilən bütün məlumatlar səslə də ifadə olunur. Eyni zamanda, elektron məlumat köşklərində Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmət növləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları da öz əksini tapıb.

Elektron köşklərdə əcnəbi və vətəndaşlığı olmayan şəxsləri maarifləndirmək məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş məlumatlar yerləşdirilib.

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında da elektron məlumat köşkünün yerləşdirilməsi və istifadəyə verilməsi üçün hazırlıq işləri aparılır.







6 Sentyabr, 2014  10:18 Baxılıb: 690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner