Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Simsar.az