Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Prezidentin həyat yoldaşı onu biabır etdi

Fransa prezidenti Fransua Ollandın keçmiş həyat yoldaşı Valeriya Trayvaylerin 18 ay birlikdə yaşadıqları günləri kitablaşdırdığını bildirmişdik. Simsar.az xəbər verir ki, dünən bazara çıxan kitabda cütlüyün münasibətlərini bitirən etiraf anı belə qələmə alınıb:

“Bundan 9 ay əvvəl Fransa prezidenti Fransua Ollandın aktrisa və model Culia Qayet ilə eşq yaşadığının sübutu olan şəkillərin “Closer” jurnalında yayımlanması ilin maqazin bombası olaraq gündəmə düşmüşdü”.

Valeriya cütlüyün Elysee sarayında görüşdüyünü və Ollandın şəxsi kabinetində həyata keçən bu görüşdə gizli saxladığı eşqini etiraf etdiyini bildirib. Valeriya bu etirafdan sonra bir müddət ayrı yataqlarda yatdqılarını, “ayrılmaq” təklifinin ilk Olland tərəfindən edildiyini deyib: “Xəyanət edilən də mənəm, ayrılma təklifi alan da mənəm”.

“Açıq-saçıq geyinməyə icazə vermirdi”

Valeriya, kitabda cazibədar paltar geyindiyi zaman Ollandın o paltarı çıxartdırdığını, bunun da ona özünü dəyərsiz hiss etdirdiyini izah edib: “Onun gözündə, mən bəsit bir obyekt kimi dəyərsiz idim. Bir dəfə paltarımın çox cazibədar olduğunu hiss edib mənə: “Get başqa bir şey geyin. Səni dəyişəcək bir şey” – deyə əmr verdi. Sadəcə dekolitemin üstünü bir şərflə örtməyi qəbul etdim, amma paltarımı dəyişmədim”.

Kitabın 17- ci səhifəsindən...

Elyseedəki şəxsi kabinetin pilləkənərini sürətlə qalxdım. Fransua otaqda idi. İkimiz də yatağın hər zaman yatdığmız tərəflərindəki iki küncündə oturduq. Bir kəlimə belə danışa bilmədim.

- Yaxşı… Doğrudurmu?

- Hə doğrudur.

- Doğru olan nədir? O qızla birlikdə olduğunmu?

- Hə (mənə əvvəlcə yalan söylədiyini qəbul etdi və irəli əyildi. Suallar bir-birinin ardınca düzüldü).

- Bu necə baş verdi? Nə üçün? Nə zamandan bəri?

- Bir ay – dedi. Səssiz qaldım. Əsəbləşmədim, qışqırmadım. İddia edildiyi kimi boşqab sındırmadım. Ya da  “bunun əvəzini mənə milyonlarla dollar verərək ödəyəcəksən” demədim. Yalanları biz söhbət etdikcə daha çox üzə çıxdı. Əvvəldən münasibətlərinin davam etdiyini qəbul etdi. Bir ayla başladı, daha sonra 3,6,9 deyərkən 1 il əvvəl görüşməyə başladıqlarını etiraf etdi.

Sosialist imici yerlə yeksan oldu

Valeriya, kitabda ona xəyanət edən həyat yoldaşından intiqammı almaq istədiyi bilinmir, amma siyasət arenasında çalxalanma yaradacaq bir iddia ortaya atıb. Fransız qadın jurnalist, Ollandın kasıbları sevən bir prezident olmadığını, kasıbları “dişsizlər” deyərək ələ salmaqdan zövq aldığını yazıb. Kitabdakı bu iddialar Ollandın sosialist imicini yerlə bir edərkən, istər sosial mediada, istərsə də siyasətdə reaksiyalara səbəb olub. Ollandı müdafiə edən yeganə insan isə dörd uşağının anası keçmiş həyat yoldaşı Segolene Royal oldu. Royal “dişsizlər” yaraşdırmasını “axmaqlıq” adlandırıb. Ancaq siyasi tərəflər səssiz qalıb. Milli Cəbhənin lideri Marine Le Pen partiyasını facebookda “Dişsizlərin Müdafiəçisi” elan edib. “Dişsizlər” adı ilə yaradılan qrup qısa müddətdə 12000 üzv toplayıb.

Günel







5 Sentyabr, 2014  18:09 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner