Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnformasiya təhlükəsizliyi müzakirə olundu

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycanın informasiya təhlükəsizliyi media müstəvisində» adlı konfrans keçirilib.

Simsar.az məlumat verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutmuş toplantını giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Ə.Amaşov bildirib ki, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Adiministrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin məsul əməkdaşlarının və kütləvi informasiya vasitələrinin baş redaktorlarının iştirakı ilə keçirilmiş müşavirədə informasiya təhlükəsizliyinin müxtəlif aspektlərinə diqqət yetirilib. “Müşavirədən ötən müddətdə orada səslənən məqamlar ətrafında da kifayət qədər geniş müzakirlər aparılıb. Müxtəlif kütləvi informasiya vasitələri redaksiya daxilində toplantılar düzənləməklə tədbirdə qaldırılan məqamların praktik fəaliyyət müstəvisində dəyərləndirilməsinin vacibliyini vurğulayıblar. Əsas diqqət təbii ki, cəbhə xəttində ötən ay yaşanmış gərginliyin Azərbaycan mediasına necə təsir göstərməsinə yönəldilib. Çünki həmin vaxt gərginlik mediamızın axarına ciddi təsir etmişdi. Mətbuat Şurası da bununla əlaqədar bəyanat verərək kütləvi informasiya vasitələrini hadisə və proseslərə həssas yanaşmağa çağırmışdı. Mövcud yanaşma isə mediamızın monolit komanda kimi özünü necə təsdiqləməsi məsələsini aktuallaşdırırdı. Təəssüf ki, bununla əlaqədar bir sıra neqativ cəhətlər da baş verdi. Ayrı-ayrı media orqanlarının fəaliyyətində cəmiyyəti çaşdırmaq meyli aşkar göründü. Mənfi hallar qeyri-peşəkarlıqdanmı və ya hansısa başqa səbəblərdənmi yaşandı, bu məqamlar da nəzərdən keçirilməkdədir”, - deyən Ə.Amaşov avqust ayında cəbhə xəttindəki gərginliyə dair müxtəlif informasiya portallarının təqdimatındakı xüsusiyyətlərə toxunub.






5 Sentyabr, 2014  17:39 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner