Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rabitə və Nəqliyyat Kolleci diplomları niyə gecikdirir? - AÇIQLAMA

Dünən redaksiyamıza daxil olan məlumata görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kolleci  bitirən məzunlara diplomların verilməsində bəzi özbaşnalıqlara yol verilib.  Belə ki, adı çəkilən kolleci 2011-ci ildə fərqlənmə ilə bitirən Rufullayeva (İbadova) Xəyalə diplom tələb etdiyi halda kollecin tədris şöbəsindən ona diplomunun yoxa çıxdığını deyiblər.

Kolleci qırmızı diplomla bitirən X. Rufullayeva (İbadova) Simsar.az-a müraciət edərək diplomunun başqasına satılmasında narahat olduğunu bildirib. “Diplomu almaq üçün kollecə və Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət etmişəm  Lakin,  bir neçə aydır ki, diplomdan xəbər yoxdur”.

Onun sözlərinə görə, kollecdə mzəunların diplomlarının başqasına satılması halları müşahidə olunub.

Məsələ ilə bağlı Simsar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, “Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecindən aldığımız məlumata görə bildiririk ki, Rufullayeva (İbadova) Xəyalə Məhəmməd qızı kolleci fərqlənmə diploma ilə bitirib”.

Nazirlikdən qeyd edilib ki, kollecdə fərqlənmə diplomu blankı olmadığı üçün X. Rufullayevaya  vaxtında diplom verilməyib. “Hal-hazırda kollec tərəfindən diplom blankının alınması üçün nazirliyə müvafiq sorğu göndərilib.

Diplom blankı kollecə verildikdən sonra X.Rufullayevaya diplom təqdim olunacaq”.

Qeyd edək ki, mətbuatda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə məlumatlar yer almaqdadır. Kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri etik qaydalardan xeyli uzaqlaşdığı, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca isə kollecdə hökm sürən abu-hava əsil əmtəə birjasına xatırladığı iddial olunur

Aysel Kərimova







5 Sentyabr, 2014  16:13 Baxılıb: 1681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner