"Suriyada və İraqda regional təhlükəsizliyi və sabitliyi təhdid edən şiddət mühitinə qarşı bütöv bir yanaşmayla qətiyyətli addımlar atılmalıdır”.
Simsar.az “YeniŞafak”-a istinadla xəbər verir ki, bunu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, NATO Sammitində çıxış edərkən deyib.
O, liderlərə səslənərək bildirib: "Dəməşq rejiminin etdiklərinə seyrçi qalınması nəticəsində regionda ortaya çıxan xaos mühitindən istifadə edən terror təşkilatlarına qarşı geniş bir strategiya inkişaf etdirilməsi lazımdır”.
Hüseyn İbadlı