Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva hökumətə müraciət ünvanlayacaq

Millət vəkili Qənirə Paşayeva Tovuzun Bozalqanlı kəndində müəllimləri, müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb. Millət vəkili gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili ilə bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Məlumat verilib ki, bu il orta məktəbi bitirən 59 nəfərdən 45-i ali məktəblərə qəbul olunmq üçün müraciət etmiş, onlardan 29 nəfəri yaxşı ballarla ali məktəblərə daxil olublar. Bundan başqa gənclərdən  4 nəfəri texnikumlara daxil olub.  Bu göstəriciləri müsbət adlandıran və müəllimləri təbrik edən millət vəkili Bozalqanlı məktəbinin hər zaman fərqləndiyini və yaxşı təhsil ənənələrinə malik olduğunu söyləyərək gələn il bundan daha da yaxşı nəticələr gözləyəcəklərini və buna ümid etdiyini deyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib.

Ziyalılar Bozalqanlı kəndinin məktəb binasının yaxşı vəziyyətdə olmaması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Millət vəkili doğrudan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini vurğulayıb.

Simsar.az







5 Sentyabr, 2014  13:53 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner