Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şahin Məmmədov Türkiyə jandarm zabitini döş nişanı ilə təltif etdi

Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarm Qüvvələrinin zabiti, polkovnik Eyyub Şəkər və yeni fəaliyyətə başlayan polkovnik İzzət Cüralı qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, general-mayor Ş. Məmmədov Azərbaycan Daxili Qoşunları ilə Türkiyə Jandarm Komandanlığı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini deyib. O, Daxili Qoşunlarda uğurlu fəaliyyətini başa vuran polkovnik E. Şəkərə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirib, onu "Xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif edib. Ş. Məmmədov yeni müşavir, polkovnik İ. Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulayıb. Polkovnik İ. Cüral öz növbəsində iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.






5 Sentyabr, 2014  12:43 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner