Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tolerantlıq mövzusunda silsilə seminarlar başa çatdı

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə keçirilən silsilə seminar-treninqlərin ilk mərhələsinə yekun vurulub.

Simsar.az xəbər verir ki, Bakının “Park İnn” otelində baş tutan tədbirdə DQİDK,  Milli Tolerantlıq Mərkəzinin rəhbərliyi, dini icmaların rəhbərləri və fəalları, habelə ilahiyyatçılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

MTM-nin direktoru Elmin Əliyev tədbiri açaraq bildirib ki, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilib. O, çıxışında dünyada baş verən bir çox müasir toqquşma və faciələrin məhz dini zəmində olan dözümsüzlükdən qaynaqlandığına diqqəti çəkib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxış edərək qeyd edib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. G.İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.

Daha sonra tədbirdə Milli Tolerantlıq Mərkəzinin rəsmi saytının və “Hörmət Naminə Birləş” layihəsinin, eləcə də dini icmaların “Tolerantlıq şəbəkəsi”nin təqdimatı keçirilib, şəbəkə üzvlərinə sertifikatlar təqdim olunub.

Təqdimatda qeyd olunub ki, müxtəlif dinləri təmsil edən 20 dini icmanın iştirakı ilə yaradılan “Tolerantlıq Şəbəkəsi” də bu istiqamətdə dini icmaların daimi əməkdaşlığının saxlanması və genişlənməsinə xidmət edəcəkdir.

Rəsmi aşılış və təqdmatlar mərhələsindən sonra, xüsusi dəvət olunmuş mühazirəçilər tərəfindən keçirilən seminar-treninqlərdə maraqlı məruzələr dinlənilib, müxtəlif səpkili treninqlər həyata keçirilib. Tədbirin zamanı radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrıseçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda dini icma nümayəndələri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə layihəsi olaraq təsis edilib, rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və ölkə içi tədbirlər həyata keçirib.







5 Sentyabr, 2014  12:15 Baxılıb: 616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner