Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Gənclər siyəsəti üzrə I Qlobal Foruma ev sahibliyi edəcək

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı  Gənclər siyəsəti üzrə I Qlobal Forum gerçəkləşəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və s rəsmilərin iştirakı göslənilir. Bildirilib ki, 60-a yaxın ölkənin nazir və nazir müavinləri iştiraklarını təsdiq ediblər.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.

Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

Qeyd edək ki, BMT-nin Baş Katibi Ban-ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı. Azərbaycan gənclər siyəsitini dəstəkləyən və müxtəlif layihələri təqdim edən ölkələrdən biri olub.

BMT-nin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavinin Azərbaycana rəsmi səfəri zamanı Forumun ölkəmizdə keçirilməsi üzrə razılığa gəlinmiş və hazırlıq işlərinə başlanılıb.

Foruma dünyanın müxtəlif ölkələrindən çox böyük maraq var. Son məlumatlara əsasən forumda iştirak üçün 4705-dən artıq müraciət daxil olub. Facebook şəbəkəsində 10 000, twitter-də isə Forumun 1000-dən artıq bəyənib, izləyəni var.

Aysel Kərimova

 






5 Sentyabr, 2014  11:30 Baxılıb: 669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner