Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

NATO-da XXI əsrin strategiyası

Ukraynaya Rusiya müdaxiləsi, İraqda İŞİD dəhşəti kimi dünya siyasətini qarışdıran hadisələrlə üz-üzə qalan NATO, son illərin ən önəmli zirvəsi üçün Uelsdə toplaşdı. Liderlər XXI əsrin strategiyasını təyin etmək istəyirlər.

Uelsin Kardiff şəhərində dünən başlayan 2 günlük zirvədə NATO üzvü 28 ölkənin liderləri ilə yanaşı, Əfqanıstanda fəaliyyət göstərən, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF)-nə dəstək verən 27 ölkənin dövlət və ya hökumət başçıları ilə Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər. Xəlifəlik elan edərək İslam Dövləti adını alan İŞİD-in İraq və Suriyada irəliləməsi və NATO-nun çəkilməsi kimi beynəlxalq təhlükəsizlik məsələlərinin də müzakirə edildiyi zirvənin ilk günü, ana gündəm maddəsi Ukrayna olub.

Poroşenkonun dəvəti Putinə mesajdır

Xəbər verdiyimiz kimi, NATO Baş Katibi Rasmussen “Şərqdə Rusiya Ukraynaya hücum edir” sözləriylə açıq şəkildə Rusiyanı günahlandırıb. Bütün liderlərin yer aldığı “ailə fotosu”nda Ukrayna Prezidenti Poroşenko və Rus təhlükəsində olan Baltik ölkələrinin liderlərinin də olması, Rusiya Prezidenti Putinə açıq mesaj kimi dəyərləndirilib. Poroşenko dünən axşam saatlarında, 1997-ci ildə qurulan NATO-Ukrayna Komissiyasının toplantısında da zirvə çərçivəsində iştirak edib.

Rusiya şərtnaməni cırdı

Zirvənin başlamasına bir neçə saat qala “Times” qəzetində məqalə dərc edən ABŞ Prezidenti Barak Obama və İngiltərə Baş Naziri David Cameron, Ukraynanı qoruyacaqlarını xüsusi vurğulayıblar. Obama və Cameron, “Rusiya qaydaların yazıldığı şərtnaməni, Krımı qanunsuz olaraq işğal edərək və əsgərlərini Ukrayna torpaqlarına soxaraq tərtib etdi” ifadələrini işlədiblər. İki lider, 1949-da Qərbi Avropanı Sovet işğalından qorumaq üçün qurulan NATO-nun, “Ukraynanın gələcəyini təyin etmə haqqını” qoruması və “Şərqi Avropada qalıcı bir varlıq inşa etməsi” reallığını irəli sürüb. Digər yandan, Fransanın Rusiyanın sifariş etdiyi “Mistral” tipli iki hərbi gəminin təslimatını təxirə salması da, iki liderin Putinə qarşı təzyiqlərinin nəticəsi kimi dəyərləndirilib.

9 min 500 polis iş başında

- 2 günlük zirvədə 60 ölkə lideri iştirak edir;

- BMT, Aİ, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq qurumlar da zirvədə iştirak edir;

- Zirvənin keçirildiyi Seltik Manor və ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb. Liderlərin təhlükəsizliyini 9 min 500 polis qoruyur;

- 5 ulduzlu bir otellə XIX əsrə aid bir malikanənin içində yerləşən, daha öncə Rayder Kap (Ryder Cup) qolf turniri keçirilən ərazinin ətrafına məftil çəkilib;

- Bu toplantı, Birləşmiş Krallığın SSRİ-nin dağılmasından sonra ev sahibliyi etdiyi ilk zirvədir. Birləşmiş Krallıq, ən son 1990-cı ildə Londonda NATO zirvəsinə ev sahibliyi etmişdi.

Vüsal Qarayev







5 Sentyabr, 2014  10:40 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner