Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yunanıstan Prezidenti Heydər Əliyev Fondunda - Foto

Karolos Papulyas Heydər Əliyevlə bağlı xatirələrlə tanış olub

Azərbaycanda səfərdə olan Yunanıstan Respublikasının prezidenti Karolos Papulyas dünən Heydər Əliyev Fondunda olub, məlumatı prezidentin rəsmi saytı yayıb.

Yunanıstan dövlətinin başçısını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıb.
Prezident və xanımı ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Yunanıstan prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə müxtəlif eksponatlarla, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ona həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Heydər Əliyev haqqında zaman-zaman səsləndirdikləri fikirlərlə tanış olub.
Prezident Karolos Papulyas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yunanıstan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

Anar






6 Aprel, 2011  14:54 Baxılıb: 1431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner