Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Kerri: “Qarabağ münaqişəsində sülhün alternativi yoxdur”

ABŞ-ın dövlət katibi Con Kerrinin təşbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Nyuport şəhərində görüşüblər.

Simsar.az-ın Rusiya KİV-nə istinadla verdiyi məlumata görə, görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salmasının indiki mərhələsi, perspektivləri və digər maraq doğuran suallar müzakirə edilib. Eyni zamanda tərəflər öz mövqelərini təqdim ediblər.

Kerri yenidən vurğulayıb ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. O, tərəfləri etimad tədbirlərinin möhkəmləndirilməsinə və gərginliyin azaldılması mexanizmlərini tapmağa çağırıb.

Con Kerri danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini və həlli yollarının axtarışını dəstəkləməyə hazır olduğunu bildirib. ABŞ dövlət katibi eyni zamanda vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin siyasi iradəsi olduqca vacibdir.

Hüseyn İbadlı







5 Sentyabr, 2014  09:00 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner