Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

NATO zirvəsi - Poroşenkodan atəşkəs əmri

Dünən Uelsdə 60 ölkə liderinin iştirakı ilə başlayan və bu gün də davam edəcək NATO zirvəsinin əsas mövzusu Ukraynadır. NATO baş katibi Anders-Fogh Rasmussen, yenə Rusiyanı Ukrayna torpaqlarından çıxmağa çağırıb.

Rasmussen, “Rusiya, Ukraynaya hücum edərək NATO ilə imzaladığı anlaşmanı pozdu. Rusiyanı Ukraynanın sərhəd bölgəsindəki qoşunlarını geri çəkməyə dəvət edirik və Ukraynada dəstəklədiyi silahlı militanları dəstəkləməkdən əl çəkməsini istəyirik”, deyib.

Moskva isə zirvəyə Ukrayna Prezidenti Petro Poroşenkonun dəvət edilməsinə etiraz edib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, “Bu cür addımlar Ukraynada sülhün bərqərar edilməsinə sərf edilən bütün cəhdləri boşa çıxardır” deyə bildirib. Rəsmi Moskvanın bu etirazına səbəb isə Ukraynanın zirvədən qısa müddət öncə ölkənin rəsmi “tərəfsizlik” siyasətinə son qoyan bir qərar verməsiydi. Bu qərar Kiyevin AB və NATO kimi təşkilatlara müraciətinin önünü açıb.

Rus nazirə qadağa

Avropa İttifaqının Rusiyanın enerji və müdafiə sektorlarını hədəf alan yeni bir sanksiya paketi üzərində çalışdığı iddia edilir. İddialara görə Aİ, Rusiya Müdafiə Naziri Sergey Şoyquya da səyahət qadağası gətirə bilər.

Ukraynada atəşkəs anlaşması

Ukrayna Prezidenti Petro Poroşenko, Uelsdəki NATO zirvəsində lider qərb ölkələ liderlərilə görüşündən sonra, “sülhə şans verilməlidir” düşüncəsilə bu gün saat 12:00-dan etibarən, Ukrayna ordusuna atəşkəs əmri verəcəyini açıqlayıb. Poroşenko, “Atəşkəsə iki tərəfin də riayət edəcəyini ümid edirəm” deyib. Lakin bu açıqlamadan sonra, Ukraynadan yeni atışma xəbəri gəlib. Ölkənin cənub bölgəsində Mariopol şəhərində silah və bomba səsləri eşidilib. Rusiya İnterfaks agentliyi, Rusiya meyilli üsyançıların 4 gündən bəri mühasirəyə aldığı şəhərdə döyüşlərin getdiyi xəbərini yayıb.

Digər tərəfdən, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, NATO zirvəsi öncəsi Alman kolleqası Frank-Walter Steinmeierə zəng edərək atəşkəsi müzakirə etdiyi açıqlanıb.

Zirvə öncəsi liderlərdən yaxın şərq mesajı

ABŞ Prezidenti Barak Obama və İngiltərə Baş Naziri David Cameron, Uelsdəki kritik NATO zirvəsi öncəsi “Times” qəzetində ortaq bir məqalə yazıblar. İki lider, terror təşkilatı İŞİD-ə işarə edərək, “ölkələrin barbar qatillər tərəfindən məğlub edilə bilməyəcəyini”, vurğulayıblar. Dəyərlərini qoruma məsələsində daha açıq və konkret olacaqlarını deyən liderlər, bunu sadəcə daha azad bir dünya üçün deyil, vətandaşlarının təlükəsizliyi üçün böyük önəm daşıdığından edəcəklərini vurğulayıblar.

Rasmussen də zirvədən öncə, “Bundan əminəm ki, əgər İraq hökuməti bu məsələdə yardımımızı tələb edərsə, bu tələb NATO tərəfindən ciddi olaraq dəyərləndiriləcək”, deyib.

Vüsal Qarayev







5 Sentyabr, 2014  08:44 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner