Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan musiqisi Polşada səsləndi

Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov və Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdikləri nümayəndə heyəti Polşanın Pruşkuv rayonunda keçirilən şəhər bayramında iştirak edib.Simsar.az xəbər verir ki, şəhər bayramı ilə əlaqədar açıq səma altında təşkil olunmuş konsertdə Polşanın bir sıra tanınmış ansamblları çıxış ediblər.

Konsertdə Bakı şəhərinin Xəzər rayonunu təmsil edən incəsənət nümayəndələri 40 dəqiqə ərzində Azərbaycan muğamını ifa edib və milli rəqslərimiz təqdim olunub. Onların ifaları iştirakçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Tədbirin keçirildiyi ərazidə ölkəmizin geniş kütləyə tanıdılması məqsədilə Azərbaycan çadırı qurulub. Bu çadırda Azərbaycan mətbəxinə aid dolma, qutab, paxlava, qoğal və ölkəmizdə istehsal olunmuş meyvə şirələri, mürəbbələr, narşərab və başqa məhsullar sərgilənib. Ölkəmizin tanıdılması məqsədilə səfirlik tərəfindən polyak dilində mədəniyyətimiz, eposlarımız, memarlığımız, tariximiz, mətbəximiz haqqında nəşr etdirilmiş 27 adda kitab və açıqcalar bayram iştirakçılarına paylanılıb.

Azərbaycan çadırı bayram iştirakçılarının böyük marağına səbəb olub.

Günel







5 Sentyabr, 2014  08:30 Baxılıb: 974 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner