Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vasif Talıbov uşaqlarla görüşdü - FOTO

2012 və 2013-cü illərdə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilib.

Bu tədbirlərin davamı kimi, avqustun 23-də Acarıstan Muxtar Respublikasından gələn 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov acarıstanlı uşaqlarla görüşüb, onların səhhəti ilə maraqlanıb.

Ali Məclisin Sədri ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam və vətənpərvər ruhda böyüdülməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, istifadəyə verilən səhiyyə müəssisələri, yaradılan müasir müalicə-istirahət mərkəzləri və mövcud idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikasının Acarıstan Muxtar Respublikası ilə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayan Ali Məclisin Sədri hər iki muxtar qurum arasında münasibətlərin, xüsusilə səhiyyə sahəsində əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra Ali Məclisin Sədri acarıstanlı uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.






4 Sentyabr, 2014  19:24 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner