Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mehriban Əliyevadan uşaqlara növbəti qayğı-Foto

Heydər Əliyev Fondunun rəhbəri uşaq evində və reabilitasiya mərkəzində olub 

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili deputatı Mehriban xanım Əliyeva aprelin 5-də Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olub.
Trend-in məlumatına görə, 2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulub. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsində altıncı dəfədir olur. Bağça bütün lazımi avadanlıqlarla yüksək səviyyədə təmin olunub.
Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətilə də maraqlanıb.

Mehriban xanım Fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə verib.


Həmin gün Mehriban Əliyeva Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında da iştirak edib.


Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Hyundai" markalı avtobusun açarlarını mərkəzə təqdim edib.

Anar






6 Aprel, 2011  11:40 Baxılıb: 2232 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner