Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qəzzanın “sağalmasına” 30 milyon dollar lazımdır

İsrailin Fələstinə etdiyi hücumlardan geriyə xaraba qalmış Qəzza qalıb. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Fələstin İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Naci Sərxanın sözlərinə görə, şəhərin dağıntılardan təmizlənməsi üçün təcili olaraq 30 milyon dollara ehtiyac var.

O bildirib ki, İsrailin Fələstinə 2008 və 2012-ci illərdəki hücumundan sonra da şəhər dağıdılmışdı. Ancaq  Qəzza hələ bu qədər xaraba olmamışdı.

Sərxanın sözlərinə görə, şəhərdə 3 milyon tona yaxın tullantı var. “Bölgənin bu qədər tullantıdan təkcə təmizlənməsi üçün 1 il vaxt lazımdır. Təqdim edilən təkliflər arasında həmin dağıntı qalıqları ilə Qəzza limanının genişləndirilməsi və ya sahil zolağında dalğanın qarşısını alan sədd tikilməsi kimi fikirlər yer alır”.

Əzhər Universitetinin professoru Muin Rəcəb yenidənqurma üçün xeyli sayda canlı qüvvəyə ehtiyac olduğundan bu da öz növbəsində yeni iş imkanlarını özü ilə gətirmiş olur. Lakin qalıqlardan inşaat məhsulu kimi istifadəsində mühəndislik qanunlarına riayət edilməlidir. Və bölgəyə gərəkli ləvazimatların daxil olmasına şərait yaradılmalıdır”.

Digər tərəfdən isə Gəzza zolağında bir çox fələstinli evsiz qalıb. Şucaiyyə, Huzza məhəllələri ilə Rifah şəhərinin şərqindəki bəzi bölgələrin demək olar hamısı xaraba qalıb. Onları isə bir sual maraqlandırır: “Bu ərazilər nə vaxt yenidən abad olacaq?”

Qeyd edək ki, 51 gün davam edən İsrail hücumları nəticəsində 17 200 bina yerlə yeksan edilib, 41 350 binaya maddi ziyan dəyib.

Ülviyyə Cövdətqızı







4 Sentyabr, 2014  15:29 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner