Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“NATO xristian qurumuna çevrilir” - HƏRBİ EKSPERT

“Azərbaycanla Ermənistanın bir sammitdə iştirakı yolvrilməzdir”.

Bunu Simsar.az-a hərbi ekspert Emin Həsənli bu gün Uelsdə keçirilən NATO sammitinin nəticələrini şərh edərkən deyib.

Ekspert bildirib: “Ermənistan təcavüzkar ölkədir. Ona rəhbərlik edən şəxs-Serj Sarkisyan cinayətkardır. Uşaqların, qadınların və ahılların qətlində iştirak edən cinayətkarın belə bir sammitdə iştirak etməsi qəbuledilməzdir. Məhz buna görə də son zamanlar beynəlxalq ictimaiyyəyin bu cür  təşkilatlara inam itir”.

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini deyən ekspert bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə keşmiş post-sovet məkanın ilk əməkdaşlıq edən ölkə Azərbaycan olub. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb. Həmin tarixdən bu günə kimi fəaliyyətimiz davam edir: “Əvvəllər bir tağımımız qardaş Türkiyənin taburunun tərkibində NATO-nun Sülhyaratma Missiyası çərçivəsində Kosovada iştirak edib. Bundan sonra bu proseslər Əfqanistanda davam etdirilib. Artıq bu gün Azərbaycanın sülhyaratma hərbi hissələri var. Bu hərbi hissələrin statusu NATO-nun statusuna uyğundur. NATO ölkələrinin bir çoxu ilə, xüsusiylə qardaş Türkiyə ilə ikitəfli əlaqələrimiz var”.

Ekspert deyir ki, bizim NATO-dan umacaqlarımız var. Amma təəssüfllər olsun ki, bu birlik üzərinə düşən öhdəlikləri yerinə yetirmir, funkisyasını düzgün icra etmir. Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəssizlik Şurasının (TŞ) Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin icra olunmasında prinsipial mövqe sərgiləmir: “Hətta dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olduğu zaman bu məsələyə toxunub. Biz də istəmirik ki, NATO Avropa Birliyi (AB) kimi xristian qurumu olsun. Yeni xristian həmrəyliyi yaransın və ikili standartlar formalaşsın. Əgər NATO sülhə, barışa töhfə verirsə, münaqişələrin həllində ədalətli mövqe tutmalıdır”.

Hüseyn İbadlı







4 Sentyabr, 2014  14:14 Baxılıb: 872 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner