Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Lavrov Ukraynanı yardımsevərliyinə inandırmağa çalışır

Rusiya Ukraynaya böhrandan xilas olmaq üçün yardım təklifi edib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Moskvada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlər Assambleyası (ATƏT) rəhbəri İlkka Kanerya ilə görüşən Serqey Lavrov Rusiya Prezidenti Vladimir Putinin dünən açıqladığı 7 maddəlik sülh planını dəyərləndirib.

XİN rəhbəri bildirib ki, Putinin sülhsevər planının xüsusilə Kiyev, Luqansk və Donetskdə eşidilməsinə ümid edirik. “ATƏT-lə birgə təmas qrupu çərçivəsində Ukraynada tərəflərə sabitlik yolunda yardım etməyə hazırıq”.

Ukraynada hərarətin yüksək həddə çatdığı cənub-şərq bölgələrdən başqa digərlərini də unutmayacaqlarını deyən Lavrov, “Ukraynada hazırda vətəndaş müharibəsi gedir və nəticədə vətəndaşlar həyatlarını itirirlər. Orda yaşayanlar da böyük problemlərlə üz-üzədirlər”.

Rusiya rəsmisi Qərbin Ukrayna ilə səmimi münasibətində problemlərin olduğunu da irəli sürüb.

ATƏT rəhbəri Kanerya isə Ukraynanın şərqində və Rusiya-Ukrayna sərhədində hərarətin daha da yüksəlməsindən narahat olduqlarını dilə gətirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində yaşanan böhranla əlaqədar olaraq 7 maddəldən ibarət “sabitlik planı” açıqlamışdı. Ukrayna Baş naziri Arseniy Yatsenvuk isə Putinin Donbas böhranının həlli üçün etdiyi təklifləri “Rusiya meyilli separatçıları xilasetmə planı” adlandırmışdı

Ülviyyə Cövdətqızı







4 Sentyabr, 2014  13:42 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner