Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah külək olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a daxil olan məlumata görə, havanın temperaturunun gecə 22-25, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə sentyabrın 05-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi nəticəsində temperaturun nisbətən enməsi meteohəssas insanlar üçün müsbət amildir. Sentyabrın 06-07-də iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 






4 Sentyabr, 2014  12:27 Baxılıb: 658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner