Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sumqayıt və Gəncədən sonra Yasamal

Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev də yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tapşırıqlar verib.

Simsar.az xəbər verir ki, ötən gün Yasamal ərazisində təşkil olunmuş hüzr mərasiminə polis və icra əməkdaşları gəliblər. Onlar hökumətin tövsiyyəsini yada salaraq, israfçılıq etməməyi tapşırıblar.

Yas mərasiminin sahibi icra nümayəndəsinin xəbərdarlığını qəbul etdiyini, ayrı-seçkilik qoyulmayacağı və tövsiyyəyə bütün rayonda əməl ediləcəyi təqdirdə bu təşəbbüsə məmnunluqla qoşulacağını deyib. Daha sonra ağsaqalların məsləhəti ilə ehsan süfrəsində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.

Yas mərasimində eştirak edən əməkdaşımızın sözlərinə görə, məsələ uzun müddət məclis iştirakçılarının müzakirəsinə çevrilib və təqdir edilib.

Qeyd edək ki, artıq Sumqayıt və Gəncənin icra başçıları da yas israfçılığına qarşı xəbərdarlıqlara başlayıblar və bəzi məqamlarda inzibati metodlardan istifadə edilə biləcəyini də istisna etmirlər.

 






4 Sentyabr, 2014  10:01 Baxılıb: 713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner