Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kərəm Həsənovun qardaşı 70 ailənin mülkünü mənimsəyib?

“Alyans NN” şırkətinin aldatdığı sakinlər Bakıda etiraz aksiyası keçirdi

Aprelin 5-də Bakıda fəaliyyət göstərən “Alyans-NN” Mənzil Tikinti Kooperativi tərəfindən aldadıldığını iddia edən bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirib. “Simsar.az” -a daxil olan məlumatına görə, Aksiyaçıların 65-i mənzil, 5 isə qeyri-yaşayış sahəsi üçün vəsait ödədiyini, lakin pulu ödənmiş mülkə sahib ola bilmədiklərini bildiriblər. Aksiyada şikayətçi Elman Əhmədov bildirib ki, 2007-ci ildə hazırkı millət vəkili Malik Həsənov və sahibkar Nağıyev Vəli Nağı oğlunun rəhbərlik etdiyi “Alyans-NN” MTK ilə müqavilə bağlayaraq həmin MTK-ya məxsus Xətai rayonu Axundov, 39 ünvanda inşa etdiyi binaya payçı olublar: “Müqavilə ilə müəyyən olunmuş vaxtlarda, müəyyən olunmuş vəsaiti Nərimanov rayonu Əhməd Rəcəbli 5 ünvanda “Alyans-NN” MTK-nın nümayəndəsi Araz Rəhimova ödəmişik. O, mənzillərin dəyərinin tam ödənilməsi barədə bizə maliyyə arayışı təqdim edib. Ödəmələrdə heç bir gecikmə və digər problem olmayıb. Mənzillər bizə 2009-cu ildə təhvil verilməli idi. Həmin vaxta qədər biz mənzillər və qyeri-yaşayış sahələrinin pulunu ödədik. Pullar ödəniləndəın sonra isə bizi yubatmağa, süründürməçiliyə salmağa başladılar. Sonradan məlum oldu ki, binanı inşa edən sahibkarlar arasında mübahisə yaranıb və iki sahibkar sirkəti bölüb. “Alyans NN” şirkətinə hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sadri Kərəm Həsənovun qardaşı, millət vəkili Malik Həsənov rəhbərlik edir. Malik Həsənov şirkəti tam nəzarətinə keçirdikdən sonra bizə rədd cavabı verdi və onun nümayəndəsi, “Alyans NN” şırkətinin icraçı direktoru Şirin Əzizov bildirdi ki mənzillər sahiblərinə verilməyəcək. O bizə deyir ki şirkətin rəhbəri Malik Həsənov bu barədə ona tapşırıq verib və mənzillərin sahiblərinə verilməsinə qadağa qoyub. Səbəb isə Malik Həsənovla sahibkar Vəli Nağıyev arasında yaranan mübahisədir”.

Aksiyada iştirak edən digər şıkayətçi Məhəmməd Səfərov isə bildirir kihazırda “Alyans NN” şirkətinə icraçı direktor təyin edilən, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının qardaşı Şirin Əzizov onları aldatmaqla, sakinləri süründürməklə vaxt keçirir və hər dəfə onlara bir yalkan danışır: “Bizi həmin binaya buraxmırlar. Malik Həsənovun göstərişi ilə bizim binaya daxil olub mənzillərimizə baxmağımız qadağan edilib. Şirin Əzizov bizə gah deyir ki, bina Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib, gah da deyir ki, guya bizim ödədiyimiz pullar onlara çatmayıb. Amma bunlar hamısı bəhanədir. Biz mənzilləri “Alyans NN” şirkətindən almışıq, pulları da həmin şirkətə ödəmişik. Müqaviləmizdə də həmin “Alyans NN” şirkətinin möhürü ilə təsdiqlənib. Bizi aldada bilməzlər. Malik Həsənov bizim mənzillərimizi satmaq istəyir ona görə belə deyir”. Aksiya iştirakçıları bildiriblər ki, gizlətməyə çalışsalar da bu binanın tikintisinə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərim Həsənovun qardaşı Malik Həsənov rəhbərlik edir: “Şirin Əzizov müxtəlif yollarla məsələdən Kərəm və Malik Həsənovu yayındırmaq və şirkətin onlara aidiyyəti olmadığını sübut etmək istəyir. Amma alınmır. Çünki hamı bilir ki bu binaları tikən sahibkar Malik Həsənovdur. Biz bunu birinci gündən bilirik. Binada mənzil almağa gələndə bunu bilirdik. İndi məsələdən yayınmaq, korrupsiya faktlarını gizlətmək üçün bu üsula əl atmaq istəyirlər ki deputatla komitə sədrinin işi çətinə düşməsin”. Şikayətçilər yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərim Həsənovla da görüşmək niyyətində olduqlarını söyləyiblər. Yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün “Alyans-NN” MTK-nın payçıları Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək qərarına gəliblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Alyans-NN” Mənzil Tikinti Kooperativi tərəfindən aldadıldığını iddia edən bir qrup şəxsi qəbul edib. Görüş zamanı paytaxt meri problemin həllində şikayətçilərə əlindən gələn köməyi edəcəyini bildirib. Bakı meri bildirib ki problem aprelin 8-dək həllini tapacaq və mülkiyyəıtçilər qanuni mənzilini təhvil alacaq. Aldadılan şəxslər isə problem həll olunmayacağı təqdirdə Prerzident Administrasiyasının qarşısında oturaq aksiya keçirəcəyini bildirib.

Ruslan






6 Aprel, 2011  01:44 Baxılıb: 2129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner