Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda 6 avtomobil toqquşdu: Yaralılar var - FOTOLAR

Bakının Səbail rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Neftçilər prospektindəki Dəniz vağzalının yaxınlığında qeydə alınıb.

Sürücü Pərviz Babazadə idarə etdiyi “ Kia Sportage” markalı avtomaşınla prospektlə hərəkətdə olarkən, yolun qadağan olunmuş hissəsində dayanan "Mercedes" markalı avtomobili vurmamaq üçün avtomobili sola çəkib. Sürət yüksək olduğundan idarəetməni itirən sürücü əvvəlcə avtomobili "Mercedes"ə çırpıb. Daha sonra  yol kənarında dayanan, hələlik sürücüləri məlum olmayan “Jeep Grand Cherokee” və “Hyundai Elantra” nı vurub. Sonra isə yaşayış binasına çırpılıb. "Hyundai" isə qarşısında dayanan “ Galenvagen”ə, sonra  isə "Ford Focus"a çırpılıb.

Hadisəyə səbəb olan "Mercedes"in və "Kia"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. "Mercedes"in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb. Yol nəqliyyat hadisəsində bütün avtomobillər yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes"in sürücüsünün avtomobili yolun qadağan olunmuş hissəsində saxlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.






4 Sentyabr, 2014  08:47 Baxılıb: 733 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner