Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Prezidenti şoka salan kitab nəşr olundu

Fransanın prezidenti Fransua Ollandın keçmiş sevgilisi, jurnalist Valeriya Trayervayler  Elysee Sarayında keçirdiyi 18 aydan “Bu an üçün təşəkkürlər” adlı kitabda bəhs etməsi skandala səbəb olub.

Simsar.az Fransanı “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, bu gün nəşr olunacaq kitabda keçmiş First Lady, Ollandın ona xəyanət etdiyini öyrəndiyi zaman yuxu dərmanlarına sarıldığını yazıb.

Valeriya kitabda Fransuanın ona məşhur fransız aktrisası Culia Qayet ilə xəyanət etdiyini qeyd edib. Qəlbi qırılan keçmiş First Lady, Elysee Sarayında keçən 18 ayını heç bir qısaltma etmədən yazıb. Valeriya kitabın heç bir sətirində Ollandı bağışlamır. 200000 tirajla nəşr edilən kitabın 120000 surəti kitab mağazalarında artıq öz yerini alıb. Kitab bu gün satışa çıxarılır və oxucular tərəfindən həyəcanla gözlənilir.

Trayervayler yaşadığı acıları kitabda bu sətirlərlə çatdırır: “Culia Qayetin xəbəri səhər qəzetlərin manşeti idi. Sarsıldım, kaş bunu eşitməzdim, özümü vanna otağına atdım. İçərisində yuxu dərmanlarının olduğu plastik çantaya gözüm sataşdı. Fransua məni təqib edirdi. Məndən çantanı almağa çalışdı. Otağın içində xeyli məni qovdu. Nəhayət cırılan çantanı əlimdən ala bildi. Yuxu dərmanları yatağa və yerə səpələndi. Onlardan götürə bildiyim qədərini götürüb uddum. Yatmaq istəyirdim. Sonrakı saatları yaşamaq istəmirdim. Üzərimə çökən ağırlığı hiss etdim və daha dayanacaq gücüm qalmamışdı. Qaçmaq istədim. Ağlımı itirdim.

“Olland kasıbları sevməzdi”

Trayervayler, kitabda həmçinin Olland haqqında şok iddialara yer verir. Kitabda bu cümlələr diqqət çəkir: “Olland varlıları sevməyən insan kimi göstərilirdi. Amma prezident əslində kasıbları sevməzdi. O, həmişə şəxsi söhbətlərində kasıblara “dişsizlər” deyərək lağ-lağı edərdi”.

Olland 2000-ci ildə 4 uşağının anası Segolena Royal ilə evil olduğu zaman, cütlük haqqında bir xəbər yazan Trayervayler ilə tanış olmuşdu. Bir müddət münasibətlərini gizli saxlayan cütlük, Ollandın Royaldan ayrılandan sonra rəsmi şəkildə sevgili olduqları ictimaiyyətə bəlli etmişdilər.

Prezidentin kitabdan xəbəri yoxdu

Olland və Elysee sarayının, 320 səhifəlik kitabdan bir gün əvvələ qədər xəbəri yox idi. Yaxınları, kitabı görüb şok olan Ollandın Trayervayler haqqında “Şəxsi sirlərimizi necə açıqlaya bilər” dediyini bildiriblər. Verilən açıqlamada: “Prezident kitabın nəşr olunacağını bilmirdi. Xəbəri hamı kimi dünən öyrənib. Kitabın içərisindəkilərdən də xəbərdar deyildi” ifadələrinə yer verilib.

Günel

 






4 Sentyabr, 2014  08:45 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner