Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ: İŞİD-i cəhənnəm qapılarına qədər qovacağıq

ABŞ prezidenti Barak Obama və prezdentin köməkçisi Co Biden verdikləri açıqlamalarla, ABŞ-ın İŞİD-in etdiklərini cavabsız qoymayacağını bildiriblər.

ABŞ prezident köməkçisi Co Biden, bir ay içində iki Amerikalı jurnalistin başını kəsərək öldürən və İraqla Suriyada terror tufanı əsdirən İŞİD-i cəhənəm qapılarına qədər qovacaqlarını deyib: “Amerika xalqının gözünü qorxudacaqlarını düşünürlərsə deməli bizi çox yaxşı tanımırlar. İnsanlar amerikalılara zərər verdiyində, biz geri çəkilmərik, bunu unutmarıq. İŞİD militanları bunu bilsinlər ki, ədalət yerini tapana qədər, onları cəhənnəmin qapılarına qədər qovacağıq, çünki görə biləcəkləri tək yer cəhənnəm olacaq”.

Obama: Gözümüzü qorxuda bilməzlər

Amerikalı jurnalistin başının kəsilərək öldürüldüyü videoda hədələnən ABŞ prezidenti Barak Obama, buna cavab olaraq, Estonyanın paytaxtı Tallində prezident Toomas Hendrik Lives ilə görüşündən sonra təşkil etdiyi mətbuat konfransında, “Bizim qolumuz çox uzundur. Ədalət yerini tapacaq. Gözümüzü qorxuda bilməzlər. Bunlar sadəcə bizi daha da möhkəm birləşdirir” deyib.

Qeyd edək ki, ABŞ təhlükəsizlik xidmətləri, jurnalist Sotloffun edam edildiyi videonun gerçək olduğunu açıqlayıb. Edamı həyata keçirən maskalı İŞİD silahlısı, “Geri qayıtdım Obama. Bunun səbəbi İslam Dövlətinə qarşı olan politikandı. Sənin raketlərin xalqımızın boynuna düşdükcə, bizim də bıçaqlarımız sənin xalqının boynunda olacaq” deyərək, Obamaya səslənmişdi.

Vüsal Qarayev







4 Sentyabr, 2014  08:39 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner