Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramil Usubov: “Ölkədə qarşıdurmaya yol verilməyəcək”

Daxili İşlər Nazirliyində “Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili”nin geniş Kollegiya iclası keçirilib

Aprelin 5-də Daxili İşlər Nazirliyində “Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili”nin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. 

DİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu nəzərə çatdıraraq bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatıb.

Eyni zamanda, insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genofondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin başlıca şərtlərdən olmasını qeyd edən nazir bu sahədə qarşıda mühüm vəzifələrin durduğunu, son illər işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu vurğulayıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə ilə çıxış edib.

Ramil Usubov cinayət hadisələrindən zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın ibtidai istintaq prosesində ödətdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin görülməsinin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yol verən əməkdaşlar barədə ən ciddi ölçülərin götürülməsinin vacibliyinə toxunaraq bu istiqamətdə fəaliyyətin davamlı şəkildə həyata keçiriləcəyini nəzərə çatdırıb.

O, son günlər şəhər İcra hakimiyyətilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirməklə və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyalarının və ayrı-ayrı təşkilatların pozuculuq fəaliyyətinə toxunu. Nazir respublikada qarşıdurma yaradılmasına imkan verilməyəcəyini, bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının bütün zəruri tədbirləri görəcəyini bir daha bəyan edib.






5 Aprel, 2011  23:28 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner