Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ərdoğan önəmli tarixi açıqladı – BAKIDA

Türkiyə Prezident Ərdoğan  Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə Trans-Anatolian Gas Pipeline (TANAP) üçün tarixi günü açıqlayıb.

Simsar.az xəbər verir ki, Türkiyə dövlət başçısı Cənubi Qafqaz Qaz dəhlizinin Bakıdakı təməl atma mərasiminin 20 sentyabrda gerçəkləşəcəyini deyib.

"Qardaşların güc qazanması inanıram ki, gələcəyə ümidlə baxışımızı artırmaqdadır".

TANAP layihəsinin üzərində həssaslıqla dayandıqları və layihənin böyük əhəmiyyət daşıdığını ifadə edən prezident Ərdoğan, layihənin Azərbaycanın xüsusilə enerji sahəsindəki gücünü ortaya qoyması baxımından da çox əhəmiyyətli bir sərmayə olduğunu vurğulayıb.

Təməl qoyma mərasimi 20 sentyabrda

Prezident Ərdoğan, TANAP-ın Azərbaycandakı başlanğıc nöqtəsi olması baxımından əhəmiyyət daşıyan Cənubi Qafqaz Qaz dəhlizinin, Bakıdakı təməl atma mərasiminin, 20 sentyabrda ediləcəyini ifadə edərək, bunları qeyd edib: "Azərbaycanın xüsusilə son illərdəki sıçraması, infrastruktur və  inkişaf həqiqətən dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Bunda qiymətli qardaşımın iradəsinin, qrupunun iradəsinin həqiqətən çox böyük bir əhəmiyyəti var. Mən də 11 illik başbakanlığım dövründə olsun və bundan sonrakı müddətdə olsun o gündən bu günə Azərbaycan haradan hara gəldiyini görmə baxımından, qardaş Azərbaycandakı bu inkişaflar bizi də ayrıca xoşbəxt edir, məmnun edir. Qardaşların güc qazanması inanıram ki gələcəyə ümidlə baxışımızı artırmaqdadır".

Hüseyn İbadlı







3 Sentyabr, 2014  17:40 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner