Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

4-cü mobil rabitə operatoruna lisenziya verildi

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının (NMR) CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib. Simsar.az-ın məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ə.Abbasov qeyd edib: "Biz ilkin mərhələdə operatorun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".

Hazırda operator 800-900 MHz diapazonundan istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir.

"Naxtel"in öz baza stansiyalarının tikintisi üzrə planlarını bu yaxınlarda şərh edən NMR RYTN-in mətbuat xidmətinin rəhbəri F.Hacıyev bildirmişdi ki, birinci mərhələdə "Bakcell", "Azercell" və "Azerfon" mobil operatorlarının baza stansiyaları üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur: "Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq. Şirkət mərhələli olaraq baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır".






3 Sentyabr, 2014  15:24 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner