Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncəbank jurnalistlərə rüşvət verib?

Güzəştli kredit vermək üçün vətəndaşdan 6300 manat rüşvət alan Gəncəbankda zərərçəkən vətəndaşa, get kimə şikayət edirsən et, jurnalistlərin də haqqını vermişik deyiblər.

Bunu Gəncəbanka kredit almaq üçün 6300 manat verən və nə kredit, nə də verdiyi pulu ala bilməyən Gəncə sakini Şəbnəm Kərimova deyib. Kərimova bildirir ki, bankın şöbə müdiri Ramin adlı şəxs onlara, sizə kredit də vermiyəcəyik, pulunuzu da qaytarmayacağıq deyib: “Ramin bizə dedi ki, gedin kimə şikayət edirsiz, edin. Biz heç kimdən qorxmuruq, Jurnalistlər gəlmişdi, onların da haqqını verib yola saldıq”.

Xatırladaq ki, Şəbnəm Kərimova 31 iyulda saytımıza müraciət edərək, hərbçi olan nişanlısı Məmmədov Asif Məhərrəm oğlunun güzəştli kredit almaq üçün Gəncə Banka müraciət etdiklərini, bunun üçün bankda onlardan rüşvət istədiklərini, onların isə istənilən 6300 manatı, bankın kredit şöbəsinin əməkdaşı Ramil adlı şəxsə ödədiklərini və yanvar ayından bəri hələ də kreditlərini ala bilmədiklərini demişdi.

Məsələylə bağlı Gəncəbankın da münasibətini öyrənmişdik. Bankın adını demək istəməyən kredit şöbəsinin müdiri bütün bunların yalan olduğunu bildirsə də, sonra deyib ki, “həmin şəxslər bizə müraciət etsələr də, bank onların təklifini uyğun hesab etməyərək qəbul etməyib, kredit verməkdən imtina edib”.

Şəbnəm Kərimova isə bankın onların təklifini qəbul etmələri ilə bağlı əllərində sənədlərin olduğunu deyir. O bildirir ki, bank onlara 60 min manat kredit verməyə razı olub. Və bunun üçün də onlardan 6300 manat pul alıblar. Şəbnəm xanım məsələylə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiklərini və idarədən onlara cavab gəldiyini deyir. Onun sözlərinə görə, cavabda bu məsələnin yerində yoxanılacağı bildirilsə də, o vaxtdan indiyədək hələ heç bir tədbir görülməyib.

Onu da qeyd edək ki, redaksiyamız bankdan hadisə ilə bağlı münasibət öyrəndikdən sonra, bankdan Şəbnəm Kərimovaya zəng edərək şikayət etməmələrini söyləmişdilər.

 

Vüsal Qarayev







3 Sentyabr, 2014  14:51 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner