Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan Çində TASİM-in təqdimatını keçirəcək

Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi ilə bağlı Çində təqdimat keçiriləcək.

Strateji Araşdırmalar Mərkəzindən (SAM) Simsar.az-a verilən məlumata görə, TASİM (Trans-Avrasiya Super Informasiya Magistralı) Layihəsinin  akademik işləri Azərbaycan Respublikası Prezidenti yanında SAM tərəfindən həyata keçirilir.

Layihə üzrə yazılar artıq bir çox ölkələrdə, habelə İtaliyada, Çin Xalq Respublikasınında tanınmış mütəxəssislər tərəfindən araşdırılıb elmi məqalə formasında hazırlanıb.

ÇXR-in ən nüfuzlu beyin mərkəzlərindən biri olan Müasir Beynəlxalq Akademiyasının İnformasiya və Cəmiyyətin İnkişafı Araşdırmaları üzrə şobəsinin müdir müavini, professor xanım Tan Lan tərəfindən “China’s Informatization Experience and Its Reference Significance for the TASIM Project” adlı yazı hazırlanıb broşür şəklində SAM tərəfindən çap olunub.

Məlumat üçün bildirək ki, Çinin Müasir Beynəlxalq Akademiyası müxtəlif regionları araşdıran 11 departamentə, 400-dən artıq işçi heyətə və 150-dən çox baş elmi işçiyə malikdir. ÇXR-də beynəlxalq tədqiqatlar üçün ən böyük, qədim və ən nüfuzlu beyin mərkəzlərindən biri hesab olunur.

Sözügedən yazı ilə əlaqədar yuxarıda qeyd olunan Akademiyada SAM ilə birgə TASİM-in layihəsi üzrə hazırlanmış broşürun 2014-cü ilin sentyabr ayının 17-si tarixində təqdimat mərasimi və eyni zmanda səfər çərçivəsində dəyirmi masa və konfrans keçirələcəkdir.

Hüseyn İbadlı







3 Sentyabr, 2014  14:18 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner