Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Azərbaycan – Avropa enerji təhlükəsizliyinin qarantıdır”

Estoniya Xarici İşlər Nazirliyi diplomat Yaap Oranı Bakıya səfir göndərib. Səfirin vəzifəsi Estoniya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri inkişaf etdirməkdən ibarət olacaq.

Simsar.az xəbər verir ki, bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomat Yap Ora Azərbaycanda həm də biznes sektorunun və Estoniyanın adi vətəndaşlarının mənafeyini təmsil edəcək.

Xarici işlər naziri Urmas Paet jurnalistlərlə söhbətində vurğulayıb ki, Estoniya-Azərbaycan münasibətlərinin qarşılıqlı sərfəli inkişafı üçün yaxşı imkanlar vardır. Paet deyib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.

Ötən həftədən Bakıda olan Yaap Ora Azərbaycanla ikitərəfli iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı ilə məşğul olacaq.

Bildirək ki, Estoniya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində yaradılıb.

Məlumat üçün deyək ki, Estoniyada sonuncu dəfə əhalini siyahıyaalma rəqəmlərinə əsasən, bu ölkədə 923 azərbaycanlı yaşayır.

Hüseyn İbadlı







3 Sentyabr, 2014  13:20 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner