Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ahıl jurnalistlər od püskürdü

Mətbuat Şurasının ofisində ANS sərt tənqid olundu 

Dünən Mətbuat Şurasının ofisində Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib, qurumun qarşıdakı fəaliyyət planı müzakirə olunub. Azərbaycan jurnalistika tarixində əməyi olan şəxslərin unudulmaması, yad edilməsi üçün müxtəlif təkliflər irəli sürülüb. Təklif olunub ki, Ahıl Jurnalistlər Məclisinin üzvləri xəstə jurnalistlərə baş çəksin, rəhmətə gedənləri yad etsinlər. Həmçinin gənc jurnalistlərlə ahıllar arasında körpunün yaradılması təklifi də səsləndirilib. 

Məclis üzvləri jurnalistikamızın müasir problemlərinə də toxunub.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonun döyülməsinə münasibət olaraq bildirib ki, onun hansı qüvvələr tərəfindən döyüldüyünü söyləmək çətindir: «Nə bilmək olar, bəlkə onu elə cəbhəçilər vurub ki, ölkədə qarışıqlıq yaransın».

Ahıl Jurnalistlər Məclisinin sədri Y.Kərimov həmçinin bildirib ki, bəzi qocaman jurnalistlər şəxsi- maddi məqsədləri üçün Məclisə həvəslə üzv olurlar: «Eşidirlər ki, jurnalistlərə ev veriləcək həvəslə tədbirlərimizə qatılırlar”.

Belə üsulla evə sahib olmaq istəyənlərə Ahıl Jurnalistlər Məclisinin sədrinin cavabı da maraqlı olub: “Mənim mənzilim pis gündədir. Vaxtında başım qarışıb yazı yazmağa təmir etmək yaddan çıxıb. Jurnalistlər var ki, vaxtında özlərinə gün ağlayıblar, pul qazanıb mənzilə sahib olublar».

Digər ahıl jurnalist isə ANS telekanalında yayımlanan «Sabiranə» verilişini tənqid edib: «Verilişin adı çox yaxşıdır. Amma orada bir qız var Rövşanə Bektaşi. Bizim Sabir Ələsgərova verilişin sonuna qədər danışmağa imkan vermir. Bu Sabir Ələsgərova qarşı hörmətsizlikdir».

Ahıl jurnalist Altay Zahidovun isə tənqid hədəfi ANS-də yayımlanan «Toy Olsun» veriliş oldu: «Məndə olan məlumata görə, verilişin aparıcılarının hər ikisi subaydır. Bunlar evlənməyin yolunu bilirlərsə, elə özlərinə əncam çəksinlər də. Başqalarına yengəlik etməyə nə ehtiyac var. Xarici ölkələrin telekanallarından götürülmüş bu cür verilişlər Azərbaycanda aşağıdan da aşağı səviyyədə hazırlanır».

RAMİL









5 Aprel, 2011  21:10 Baxılıb: 1377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner