İran parlamentinin sabiq deputatı, son prezident seçkisində namizəd olmuş Hasem Şolesad həbs olunub
Simsar.az yerli internet saytlarına istinadən verdiyi məlumata görə, o, Tehranın «Mehrabad» aeroportunda, Şirazdan gələn zaman tutulub. Həbsin səbəbləri bilinmir.
Qeyd edək ki, Şolesad İranda müxalif baxışlı siyasətçi kimi tanınır.