Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Şərqi Ukrayna “Novarusiya” oldu

Rusiya prezidenti Vladimir Putin, “Novarusiya” adlandırdığı şərqi Ukraynanın “dövlət olma” məsələsinin müzakirə olunmasını təklif edib. Rusiyaya meyillilər isə, Belarusda keçirilən danışıqlarda ölkənin de-fakto bölünməsi anlamına gələn təklif irəli sürüblər.

Rus tankları qəsəbəni xarabalığa çevirdi

Krımın Rusiyaya birləşdirilməsindən bu tərəfə Rusiya ilə Ukrayna arasında siyasi böhran böyüyür. Rəsmi Kiev və NATO-nun, “Ukraynada Rusiya əsgərinin olduğu” iddiasından sonra, dünən də Rus ordusuna aid tankların sərhəddəki bir qəsəbəni xarabalığa çevirməsi bardədə xəbər yayılıb. Ukrayna ordusu, Rus tanklarının Novvitlivka qəsəbəsindəki hər evə atəş açdığını irəli sürüb. Rusiya iddiaları rədd edib. Ukrayna isə, dünən Luqansk bölgəsində önəmli itki verib. Bütün gecə davam edən döyüşlərin ardından Ukrayna əsgəri, Luqansk aeraportunu üsyançılara təslim edərək geri çəkilib.

Donetsk və Luqansk Rusiyanın nəzarətində olsun

Avropa Birliyinin yeni sanksiyalar tətbiq edəcəyini bildirdikdən sonra açıqlama verən Vladimir Putin, şərqi Ukraynada “dövlət olma” məsələsini müzakirə etmək üçün danışıqlar təklif edib. Putin çıxışında şərqi Ukraynadan, Çarlıq dövründə istifadə edilən “Novarusiya” olaraq bəhs edib. Putinlə yanaşı dövlət kanlları və rəsmilər də bu ifadəni işlətməyə başlayıblar.

Avropa Birliyi ilə yox, Rusiya ilə dostluq ediləcək

Kiyev hakimiyyəti və Rusiya arasında aparılan danışıqlarda Rusiyaya meyillilər ölkənin de-fakto bölünməsi anlamına gələn təklif irəli sürüblər. Plana görə, Donetsk və Luqansk bölgələri, rəsmi Kiyevin əksinə, Avropa Birliyi ilə deyil, Rusiya ilə iqtisadi əlaqələr quracaq. Bu bölgələrin kontrolu isə Rusiyaya meyilli güclərdə olacaq. Üsyançılara əff imzalanacaq və bölgənin yenidən inşası üçün yardım ediləcək.

İzvestiya qəzetinə müsahibə verən Rusiyaya meyilli silahlıların lideri Denis Puşilin isə, Ukrayna əsgərini darmadağın etdikdə sonra “yeni dövlət quracaqlarını” deyib.

Qeyd edək ki, Novarusya ifadəsi çarlıq dövrü, Qaradənizin şimalı üçün istifadə olunurdu. Həmin bölgədə bu gün əsasən ruslar yaşayır.

Vüsal Qarayev







2 Sentyabr, 2014  09:07 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner