Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Sevil və Sevinc bacıları "Ürəyim"ə yeni nəfəs verdilər - Video - FOTOLAR

Simsar.az xəbər verir ki, bu gün Bakı Biznes Mərkəzində son ayların ən çalışqan ulduzları kimi ad qazanan Sevil və Sevinc "Ürəyim" adlı hitlərinə çəkdirdikləri kliplərinə təqdimat ediblər. Söz və musiqisi Tural Bayraməiliyevə məxsus olan mahnını Xəzər TV-nin əməkdaşı,  bacıların aparıcısı olduqları "Hər şey daxil" verilişinin rejissoru Nazim ekranlaşdırıb.  Çəkilişləri Bakı və Qubada reallaşmış klipdə qızlar xəyallarında yaşatdıqları sevgini canlandırmağa çalışıblar.

Mahnı müəllifi T.Bayraməliyevin sözlərindən məlum oldu ki,  10 il bundan əvvəl qələmə aldığı bu mahnıya əkizlər yeni nəfəs verməyi bacarıblar.

Simsar.az-a verdikləri açıqlamasında bacılar əminliklə vurğuladılar ki,  ekran işi yetərincə tamaşaçı marağına səbəb olacaq: "Sənət naminə gerçəkləşdirdiyimiz bütün layihələr pərəstişkarlarımız tərəfindən hər zaman yüksək qiymətləndirilib. İnşAllah bu klip də nailiyyətlərimiz sırasında öz yerini tutacaq".

Qeyd edək ki, "Ürəyim" klipində istifadə edilmiş libasların müəllifi müğənni Rəqsanənin modelyer qızı Aysun İsmayılovadır.

Klipgördüyə jurnalistlərlə yanaşı say-seçmə məşhurlar da

təşrif buyurmuşdular.

Tədbirdən çəkilmiş fotoları və sözügedən "Ürəyim " mahnısına çəkilmiş klipi oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy

Simsar.Az






1 Sentyabr, 2014  19:00 Baxılıb: 5233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner