Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və Yunanıstan arasında 4 sənəd imzalandı

Sənədləri Azərbaycan tərəfdən Rövnəq Abdullayev, Hüseynqulu Bağırov, Elmar Məmmədyarov, imzalayıb

APA-nın məlumatına görə, iki ölkə arasında dörd sənəd imzalanıb. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” də imzalanıb. Sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında “Dəniz nəqliyyatına dair saziş”ə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imza atıblar.

“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzalayıblar.






5 Aprel, 2011  18:52 Baxılıb: 1252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner