Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə səfiri: “Bizə düşmən kimi davrananlar anlamalıdırlar ki…”

“Türkiyənin yeni hökuməti, Azərbaycanla Türkiyə arasında mükəmməl münasibətlərin təminatıdır”

“İstər Prezident Rəcəb tayyib Ərdoğanın baş nazirlik dövründə, İstər baş nazir Əhməd Davutoğlunun Xarici İşlər Nazirliyi dövründə, istər hazırda Xarici İşlər Nazirliyinə gətirilən Mövlud Çavuşoğlu və ümumiyyətlə, bütün kabinet hamısı Azərbaycanı ürəkdən sevən insanlardır”. Bu sözləri Simsar.az-a Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər deyib.

Gələcəyimizə inancım tamdır

Səfir bildirib ki, Türkiyənin yeni hökumətinin üzvləri, Türkiyə və Azərbaycanın gələcəyinə eyni pəncərədən baxan dövlət liderləridir: “Dolayısıyla Türkiyəylə Azərbaycan münasibətləri baxımından, onsuz da mövcud olan mükəmməl qarşılıqlı münasibətlərin, bu yeni dəyişikliklə birlikdə daha da güclü bir şəkildə gələcəyə doğru irəliləyişinə olan inancım tamdır”.

Ərdoğanın Azərbaycana səfəri təsadüfi deyil

Səfir, Rəcəb tayyib Ərdoğanın gələn həftə bir neçə nazirlə birlikdə Azərbaycana səfərinin təsadüfi olmadığını diqqət çəkərək qeyd edib ki, bu addım Azərbaycanla Türkiyə münasibətlərinin yeni dönəmdə də hansı şəkildə cərəyan edəcəyinin ən gözəl sübutudur: “Bunu rahatlıqla söyləyə bilərəm, biz bu ana qədər əl-ələ yeriyərək irəliləyirdiksə, bu yeni dövrdən sonra qaçaraq eyni hədəfə doğru, inkişafımızı davam etdirməyə, xalqımızın rifahını yüksəltməyə, ölkəmizi, vətənimizi ən güclü şəkildə qorumağa Azərbaycanla birlikdə davam edəcəyik. Türkiyə və Azərbaycanın bu dostluğunun, qardaşlığının qiymətini hər kəs bilməlidir. Bizə düşmən kimi davrananlar bundan xeyir tapmayacaqlarını anlamalıdırlar”.

Azərbaycan və Türkiyə Ermənistana tarixi faktlarla cavab verir

Ermənistanın Xarici İşlər Nazirinin Rəcəb tayyib Ərdoğanın saxta “soyqrım”la bağlı Ermənistana dəvət etməsi məsələsinə də toxunan səfir, bunun siyasi manipuliyasiya olduğunu vəTürkiyənin bu məsələləri tarxiçilərlə birlikdə oturub müzakirə etməyə hazır olduğunu deyib. Səfir bildirib ki, istər Azərbaycan, istər Türkiyə regiondakı belə məsələlərə Ermənistan kimi əsassız iddialarla deyil, tarixi faktlarla yanaşır.

Vüsal Qarayev







30 Avqust, 2014  11:53 Baxılıb: 1020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner