Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ötən gecənin qara olayları - Xronika

Simsar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Abşeron rayonu, Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan mağazanın dam örtüyü 5 kv.m sahədə, mağazanın içərisində olan 2 ədəd soyuducu və 1 ədəd televizor yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Cəlilabad rayonu, Sadatlı kəndində (rayon mərkəzindən 24 km aralı) meşə ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 20 kv.m olan köşkün taxta üzlüyü və əraziyə yığılmış məişət tullantıları 20 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağcabədi şəhərində vətəndaşa məxsus taxta sexinin ərazisində ümumi sahəsi 27 kv.m olan köməkçi tikilinin taxta üzlüyü yanıb. Sex yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

İmişli rayonu, Otuziki kəndində vətəndaşa məxsus 15 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Salyan rayonu, Xalac kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağdaş rayonu, Ləki qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağdaş rayonu, Qarağan Sədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 4 ton ot bağlaması və "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülübr.






30 Avqust, 2014  10:22 Baxılıb: 750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner