Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hirkan Milli Parkında yanğın olub

Ötən gün Hirkan Milli Parkının Sefidor meşəbəyiliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a  verilən məlumata görə, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən texnikanın əraziyə cəlb edilməsində problemlər yaranıb.

Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasında əsasən əl əməyindən istifadə olunub. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının səyi nəticəsində bütün alternativ vasitələrdən istifadə olunaraq yanğının söndürülməsinə nail olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 8 hektara yaxın ərazini əhatə edib və nəticədə 2 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Aysel

 






29 Avqust, 2014  14:03 Baxılıb: 632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner