Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qəbulda Mingəçevir şəhəri ilə yanaşı,  Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab,Yevlax və Ağsu rayonlarından olan 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlər gənclər, idman sahələri, Olimpiya İdman Komplekslərinin tikintisi, ipoteka kreditlərin verilməsi və şəxsi məsələlərlə bağlı olub.

Gənclər sahəsi üzrə edilən 10-a yaxın müraciətin əsas istiqaməti  Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili olub.

15-dən artıq müraciət  idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində olub.

Digər müraciətlər  ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.  Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Aysel

 






29 Avqust, 2014  13:39 Baxılıb: 551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner