Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva səhiyyə nazirinə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva səhiyyə nazirinə tibb, tibb-həkim məntəqələrinin ön cəbhə kəndləri olan Əlibəylidə təmiri, Ağdam, Vahidli və Hacallı kəndlərində tikintisi ilə bağlı müraciət edib. Simsar.az xəbər verir ki, bu barədə o “Facebook” sosial şəbəkəsində məlumat verib.

“Əziz Ermənistanla ön cəbhə kəndlərimiz Əlibəyli, Ağdam, Vahidli və Hacallı sakinlərimiz! Sizin Əlibəyli kəndimizdəki tibb məntəqəsinin təmiri, Ağdam, Vahidli və Hacallı kəndlərində həkim məntəqəsinin tikilməsi ilə bağlı xahişinizlə bağlı 3 gün əvvəl ölkəmizin Səhiyyə Naziri hörmətli Oqtay müəllimlə görüşdüm. Bir neçə gün öncə sizinlə təkrar görüşlərimizdə Ermənistan tərəfindən atəşkəsin mütəmadi p...ozulması hallarını da nəzərə alaraq və ümumiyyətlə bu kəndlərdə normal səviyyəli tibb və həkim məntəqələrinin tikilməsi ilə bağlı xahişlərinizi sizin və öz adımdam cənab nazirə çatdırdım. Eyni zamanda sizin həm müharibənin o qızğın illərində həm də indi necə fədakarlıqlarla ön cəbhə kəndlərimiz üçün çalışdığınızı, ən ağır zamanlarda belə heç zaman öz evlərinizi bir gün belə olsun tərk etmədiyinizi və bu gün də düşmənə öz mətanətliliyinizlə, qəhrəmanlığınızla cavab vermənizi söylədim. Cənab nazir cənab Prezidentimizin hər zaman ön cəbhə kəndlərinə xüsusi diqqətlə yanaşdığını və özünün də ön cəbhə kəndləri ilə bağlı ortaya çıxan məsələlərə çox həssas yanaşdığını dedi və nazirliyin bu sahəyə məsul müavininə bu məsələnin yerində ciddi araşdırılması və kömək göstərilməsi üçün tapşırıqlarını verdi. Bu gün artıq səhiyyə nazirliyinin nümayəndələri Tovuza gedərək yerində Əlibəyli, Hacallı, Ağdam və Vahidli kəndlərində tibb məntəqələri məsələsi ilə maraqlanıblar və Əlibəylidə məntəqənin ciddi təmir-bərpaya, Ağdam, Hacallı və Vahidlidə isə həkim məntəqəsi tikintisinin zəruru olduğunu görüblər və onlara bu barədə ətraflı məlumatlar da verilib. İlk öncə sizin və öz adımdan Səhiyyə nazirimizə hamımızın xahişinə qısa zamanda həssas yanaşdığına görə təşəkkür edirəm və ümid edirəm ki, qısa zamanda Əlibəyli, Ağdam,Vahidli və Hacallıda normal fəaliyyət göstərən tibb, həkim məntəqələrimiz olacaq. Cənab Prezidentimizin ön cəbhə kəndlərinə hər zaman yüksək diqqəti mənə bunu inamla deməyə əsas verir. Eyni zamanda cənab nazir görüşümüz zamanı nazirliyin əməkdaşlarına ön cəbhədə yaşayan siz dəyərli insanlarımızla bağlı tibb,sağlamlıq sahəsində ortaya çıxan bütün məsələlərə diqqət və həssaslığı daha da artıqmağı tapşırdı və bunun üçün də bir daha təşəkkür edirəm”.

Simsar.az

 






28 Avqust, 2014  15:36 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner