Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya Səhiyyə Təşkilatı ölkələrə müraciət etdi

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, ilk iqlim dəyişikliyi və səhiyyə konfransını təşkil edən DST ölkələrə, iqlim dəyişikliyinə yol açan istixana qazlarınının qarşısını almaq üçün müraciət edib.

Bəzi ölkələrin iqlim dəyişikliyindən yararlana biləcəyinin bildirildiyi konfransda, soyuq ölkələrdə qış aylarında ölümlərin azala biləcəyi və qida istehsalının arta biləcəyi diqqətə çatdırılıb.

Ancaq qurum, bu vəziyyətin ümumilikdə insan səhhətinə mənfi təsir göstərəcəyini açıqlyıb. DST-nın ictimaiyyət sağlamlığının ətraflı faktorlarını araşdıran proqramın direktoru Mariya Neira, dünyada hava çirklənməsi səbəbindən hər il 7 milyon insanın gənc yaşda öldüyünü və bu rəqəmin aşağı endirlməsinin vacib olduğunu deyib.

Dünyada yoluxucu olmayan ürək və tənəffüs yolu xəstəliklərinindavam edə biləcəyi, az miqdarda karbon istifadə edən bir  cəmiyyətdə azaldıla biləcəyini söyləyən Neira, qatı yanacaq istifadəsindən uzaqlaşdıqca səhhət baxımından avantajlar əldə ediləcəyini bildirib. Yoluxucu xəstəliklərin yayılmasının müşahidə olunması mövzusunda dünyanın yol qət etdiyini deyən Neira, xolera, qızdırma kimi xəstəliklərin iqlim və hava şəraitinə təsir göstərdiyini diqqətə çatdırıb.

Ötən il yayımlanan DST-nın rəqəmlərinə görə indidən hər il on minlərlə insanın dəyişən fərqli coğrafiyalrda inkişaf edən xəstəliklər, yüksək istilik və sel kimi hava şərtləri səbəbindən həyatlarını itirdiyini göstərir. Hesabatda 2030-2050- ci illər arasında iqlim dəyişikliyinin, hər il 250 mindən çox insanın  qızdırma, ishal, uşaqlarda qida yetməzliyi kimi səbəblərdən öləcəyi bildirilir.

Hökümətlərarası İqlim Dəyişikliyi Panelinin beinci dəyərləndirmə hesabatının səhiyyə hissəsinin redaktoru Alisteyir Voodvard müsbət dəyişikliklər üçün fürsətlər olduğunu deyir.

Çatdırılma sistemlərinin istixana qazlarının təsirini aşağı saldığını bildirən Voodvard, bunun sağlamlığavə ətrafa ziyan vurduğunu bildirib. Mütəxəssis insanların velosipedə minməsinin təsirinin gəlir-xərc dəyərləndirməsini apardıqları zaman çox qazanc götürdüklərinə diqqt çəkir. Alisteyir həmçinin hava kirliliyi haqqında da dizel filtirləri kimi bilinən azalma üsullarının istifadəsinin ildə 2 milyn ölümün qarşısını aldığını deyib.

DSTiqlim dəyişikliyinin ciddi iqtisadi böhranlara da diqqət çəkib.Qurum çirklənmənin 2030-cu ilə qədər səhiyyə xərclərinə də ildə 2 ilə 4 milyard dollar arasında yüklənəcəyini deyib.

Günel

 






28 Avqust, 2014  14:07 Baxılıb: 606 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner