Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

71-ci Venesiya Film Festivalı başladı

Kino dünyasının köhnə festivallarından olan Venesiya Film Festivalının 71-ci mövsümü Meksikalı rejissor Alexandro Qonzales İnarritunun “Birdman” adlı filmi ilə açılıb. İtaliyanın Venesiya şəhərində Lido Yarımadasında təşkil olunana festivaldan əvvəl ənənvi qırmızı xalı üzərindən keçilib. Rejissor Qonzales, baş rol ifaçıları Mişel Kayaton, Emma Ston kimi məşhurlar, qırmızı xalı üzərində yeriyərək sevənlərini salamlayıb. Açılış mərasiminə İtaliya prezidenti Corco Napolitano da qatılıb.

Festivalda Türk rejissor Fatih Akın eşq, ölüm və şeytan üçlüyünün sonuncu filmi “The Cut” ilə gənc rejissor Kaan Mujdəcinin “Sivas” adlı filmi, böyük mükafat Qızıl Aslan uğrunda yarışacaq. İki filmin ilk nümayişləri Venesiyada olacaq.

Rjissor Müjdəci gənc rejissorların ilk uzun metrajlı filmləri üçün paylaanan “Gələcəyin Aslanı” kateqoriyasında da yarışacaq. Festivalda “Venesiya klassikləri” hissəsində mər Lütfi Akadın bərpa olunmuş 1973- cü ilə aid “Gəlin” adlı əsəri də nümayiş olunacaq.

71-ci Venesiya Film Festivalı sentyabrın 6-sı axşamı Qızıl Aslan Mükafatının təqdim edilməsi ilə sona çatacaq. Xatırladaq ki, festivalda ötən il Qızıl Aslam Mükafatı, rejissor Gianfranko Rosinin “Sacro GRA” adlı sənədli filminə verilmişdi.

Günel

 






28 Avqust, 2014  13:09 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner